Onlayn təhsil platforması təqdim olunacaq


Azərbaycanın təhsil sahəsində daha bir yeni elektron resurs istifadəyə verilir. Belə ki, ölkəmizdə Test və Onlayn Repetitor Mərkəzi (TEOREM) platforması yaradılıb.

Sabah Hilton otelində Teorem.az internet resursu və eyniadlı mobil tətbiqlər təqdim ediləcək.

Layihə komandasından verilən məlumata görə, TEOREM təhsil sahəsində müxtəlif  auditoriyalar və səviyyələr üzrə sınaq imtahanların təşkili və qiymətləndirilməsi üzrə platformadan, imtahanlara hazırlaşanlar üçün onlayn repetitor platformasından, müxtəlif təhsil müəssisələri və hazırlıq kursları üçün oflayn sınaq imtahanları təşkil etməyə imkan verən platformadan və müxtəlif dövrlərdə keçirilən imtahanlardan ibarət təhsil resursudur.

Qeyd edək ki, TEOREM-də qeydiyyatdan keçən hər bir istifadəçi üçün geniş imkanlara malik virtual şəxsi otaq yaradılır. Qeydiyyatdan yeni keçənlər üçün pulsuz istifadə imkanları var.

TEOREM-in 100 minlik test bazasına daxil olan test tapşırıqları mövcud qaydalara uyğun olaraq (çətinlik dərəcəsi, relevantlığı, mövzuya, fəsillərə, siniflərə, yeni proqramlara uyğunluğu və s. nəzərə alınmaqla) kodlaşdırılıb.

TEOREM-in çoxsaylı xidmətlərindən daha effektiv istiafdə üçün müxtəlif ödəmə üsulları (plastik kart, SMS, E-manat, Portmanat və s.) mövcuddur.

Məlumata görə, yaxın müddətdə digər operatorlar vasitəsilə də ödəmə imkanları nəzərdə tutulub.

TEOREM-in Android və iOS əməliyyat sistemləri üçüm mobil tətbqiləri hazırlanıb. Belə ki, mobil istiafdəçilər müvafiq internet mağazalardan və ya teorem.az saytındakı linklərdən istifadə edərək tətbiqləri öz mobil avadanlıqlarına ( mobil telefon, planşet, netbuk və s. ) yükləyə bilər.

Sistemdə  istifadəçilər üçün effektiv əlaqə imkanları, qarşıya çıxacaq suallara onlayn cavab tapmaq imkanları, hər bir gözlənilən suallara dərhal aydınlıq gətirən onlayn çat imkanları nəzərdə tutulub.

Onu da bildirək ki, layihənin ərsəyə gəlməsində peşəkar müəllimlər, proqramçılar və dizaynerlərin daxil olduğu çoxsaylı komanda iştirak edib.

Azercell şirkəti TEOREM-dən daha effektiv və əlverişli şərtlərlə istifadə üçün və mobil mühitə inteqrasiya məslələrinə dəstək verib.  Bu baxımdan TEOREM-in SMS ödəmə xidmətlərindən də ilk növbədə  Azercell abunəçilərinin istifadəsi mümkündür.

TEOREM onlayn təhsil platfrorması hazırlanarkən müxtəlif ekspertlər, təhsil qurumları və İT şirkətlərlə əməkdaşlıq edilib.

Layihənin hazırlıqlarına 2015-ci ildən başlanıb.

Teorem.az  resursu və onun mobil versiyaları haqqında təqdimat mərasimi haqqında geniş məlumat