Yardım Help


TEOREM-dən istifadə Qaydaları

TEOREM-də istifadəçilərin rahatlığı üçün geniş imkanlar yaradılıb. Sistemdən istifadə üçün asan və sadə mexanizmlər müəyyən olunub. Bölmələri bir-biri ilə əlaqələndirmək üçün geniş naviqasiya sistemi hazırlanıb. Hər bir səhifədən istənilən digər bir səhifəyə rahat keçid imkanları nəzərdə tutulub.
TEOREM-in “Tez-tez verilən suallar”  bölməsində TEOREM haqqında, onun imkanları və xidmətlərindən istifadə qaydaları haqqında anlaşıqlı formada xeyli məlumatlar verilib.
Aşağıda TEOREM-dən istifadə ilə bağlı bəzi əlavə məlumatlar da təqdim olunur.
  
1. Qeydiyyat. Hesab tənzimləmələri.
TEOREM xidmətlərindən istifadə etmək üçün qeydiyyatdan keçmək lazımdır. TEOREM-də qeydiyyat üçün sadə və rahat qeydiyyat mexanizmi yaradılıb. Burada elektron poçt ünvanınızı və şifrənizi qeyd etməklə qeydiyyatdan keçə bilərsiniz.
Hesab tənzimləmələri və şifrənin dəyişdirilməsi, profil şəklinin dəyişilməsi, unudulmuş şifrənin bərpa edilməsi və s. bu kimi prosedurları da bu bölmədən həyata keçirə bilərsiniz.
Doldurulması zəruri olan bütün bölmələr mütləq qeyd edilməlidir.
Qeydiyyat prosesi başa çatdıqdan sonra TEOREM  tərəfindən elektron poçtunuza göndərilən təsdiq məktubunu aktiv etməklə sistemdən istifadəyə başlamaq olar. Bunun üçün elektron poçtunuzu və şifrənizi “DAXİL OL” bölməsinə qeyd etmək lazımdır.

2. İstifadəçi statusları
TEOREM xidmətlərindən istifadə müxtəlif statuslar (Şagird, Abituriyent, Magistr, Müəllim, Repetitor, Məktəb/Kurs, Dövlət qulluğu ) üzrə həyata keçirilir. Hər bir status üzrə bəlli həcmdə imkanlar və xidmətlər təqdim edilir. Müvafiq statusa malik olmaq üçün qeydiyyat prosesində status bölməsində seçim etmək lazımdır. Repetitor statusu TEOREM  administrasiyası tərəfindən təsdiqlənir. Bunun üçün müəllim öz hesabında “Repetitor ol” düyməsini sıxmaq və daha sonra qarşınıza çıxan anketi doldurmaq lazımdır. Bundan sonra anket TEOREM-ə göndərilir və yoxlanılır. Bu proses bitdikdən sonra müəllimin repetitor statusu təsdiqlənir.

Müəllimlər haqqında məlumat əldə etmək üçün Onlayn Repetitor Sisteminə daxil olmaq lazımdır. Burada bütün müəllimlər haqqında ətraflı məlumat əldə etmək olar. “Repetitorum” bölməsinə əlavə etdiyiniz müəllimlərə “Məktub yaz” düyməsi vasitəsilə məktub da yaza bilərsiniz.

3. Nəticələrin çapı və e-mailə göndərilməsi
İmtahan nəticələrini çap etmək üçün imtahan nəticələri olan pəncərədə yuxarı sağ hissədə printer işarəsini aktiv etmək və ya “Ctrl+P” qısa yol düyməsindən istifadə etmək kifayətdir. İmtahan nəticələrini e-mailə göndərmək üçün imtahan bitdikdən sonra nəticələr səhifəsindən “e-mailə göndər” düyməsini basmağınız kifayətdir.

4. Hansı Sınaq imtahanları var ? Bununla bağlı daha geniş məlumat burada yerləşdirilib.

5. Əvvəlki imtahan nəticələrinə baxmaq üçün öz hesabınıza  daxil olub, İmtahanlar bölümünü aktiv etməyiniz kifayətdir. Bu zaman siz keçmiş imtahanlarınızın yerləşdiyi səhifəyə yönləndiriləcəksiniz və buradan baxmaq istədiyiniz imtahanı seçib ona daxil ola bilərsiniz.

6. Ödənişi necə həyata keçirə bilərəm?
Ödənişi eManat, Portmanat, Mobil telefon (SMS), TEOREM Kart və Plastik Kartlar vasitəsilə etmək olar.
Ödəniş üsulları və ödəniş etmək qaydaları ilə bağlı daha geniş məlumat üçün bura daxil olun.

7. Repetitorun reytinqi necə müəyyən olunur və necə rəy bildirə bilərəm?
Repetitorun reytinqi ona şagirdlər tərəfindən verilən ballar nəticəsində müəyyən edilir. Hər bir şagird öz repetitoruna 5 ballıq sistemlə qiymət verə bilər. Repetitorun reytinqinə neçə şagirdi olduğu və s. kimi elementlərdə təsir edir. Rəy yazmaq üçün öz profilinizdə müvafiq bölməyə daxil olmaq lazımdır.

8.Test göndərmək
Sistemimizdə müəllim və repetitor olaraq qeydiyyatdan keçən hər bir kəs test göndərə bilər. Daha geniş məlumat burada yerləşdirilib.

9. Məktəb Sınaq Sistemində oflayn sınaq imtahanların cavabları
Şagirdlər imtahandan sonra sistem Məktəb/Kurs bölməsində İmtahan Cavabları menyusunu seçməklə imtahan nəticələrini əldə edə bilər.

10. Onlayn Sınaq Sistemindən istifadə qaydaları

  1. Sistemə daxil olun.
  2. Onlayn Sınaq Sistemindən seçdiyiniz imtahan bölməsinə daxil olun.
  3. Ödənişinizin olub-olmamasından asılı olaraq seçim edin.
  4. Ödənişinizdən asılı olaraq istədiyiniz sayda imtahan vermək imkanına sahibsiniz. Balansınızdan istifadə vəziyyətini öz hesab blokunuzda izləyə bilərsiniz.
  5. Növbəti mərhələdə imtahan vermək istədiyiniz auditoriyanı, sinfi və ya qrupu, bölməni və xarici dili və fənləri seçin.
  6. İmtahan fənnini seçmək üçün uyğun imtahan qrupu, sinfi və ya fənni, fəsil və s seçmək lazımdır.
  7. Seçiminizdən asılı olaraq imtahan sualları qarşınıza çıxacaq. Əgər ixtisas qrupu seçmisinizsə o zaman mövcud dövlət standartlarına uyğun olaraq hər bir fənn üzrə sual tapşırıqları sizə təqdim olunacaq. Əgər hansısa fənnin fəslini seçmisinizsə o zaman həmin fənn üzrə bu fəslə aid olan bütün mövzular üzrə mövcud standartlara uyğun olaraq test tapşırıqları sizə təqdim olunacaq.
  8. İmtahana başlamaq üçün mütləq "İmtahana başlamaq" əmrindən istifadə edin. Bu zaman imtahan üçün ayrılan vaxt işə düşür .
  9. Siz imtahana başlarkən istənilən test tapşırıqlarını cavablandıra bilərsiniz. Cavab üçün sadəcə cavabın qarşısındakı balaca dairəni  işarələmək lazımdır. Bu məqsədlə  klaviaturanın "sol" və "sağ", "aşağı" və "yuxarı" istiqamətlənmiş düymələrindən də istifadə edə bilərsiniz. Seçdiyiniz cavabdan imtina üçün "Enter" düyməsindən istifadə edə bilərsiniz. İmtahan kitabçasının yuxarısında sizin adınız, soyadınız, imtahan qrupu və ya fənniniz qeyd olunacaq. Kənardakı imtahan kartında sizin verdiyiniz cavablar öz əksini tapacaq və siz bu cədvəl vasitəsilə hansı suala cavab verib-vermədiyinizi müəyyən edə bilərsiniz. Cavab kartındakı sıralanma suallar cədvəldəki sıralanmaya uyğun olaraq verilir.
  10. İmtahana açıq testlər də daxil edilib. Açıq tipdəki sualları cavablandırmaq üçün təqdim olunan xüsusi cavab kartlarından istifadə edin 
  11. Əvvəlki sual və Növbəti sual düymələrindən istifadə etməklə sualları nəzərdən keçirə bilərsiniz. Bu məqsədlə  klaviaturanın  sola , sağa, aşağı və yuxarı istiqamətlənmiş düymələrindən,  seçdiyiniz cavabdan imtina üçün "Enter" düyməsindən  də istifadə edə bilərsiniz.
  12. Düzgün Cavab verdiyiniz suallar cədvəldə yaşıl rəngli formada qeyd olunacaq. Cavab verilməyənlər ağ rəngdə görsənəcək. Səhv cavablar qırmızı rəngdə olacaq.
  13. İmtahan müddəti başa çatanadək əvvəl cavablandırdığınız suallarda dəyişiklik edə bilərsiniz. Hər bir test üçün verdiyiniz cavabdan imtina üçün də imkan nəzərdə tutulub.
  14. İmtahan müddəti mövcud qaydalara müvafiq olaraq və sual sayından asılı olaraq dəyişir. Siz imtahana başlarkən bu müddət azalmağa başlayacaq.
  15. Əgər  imtahanı vaxtından əvvəl bitirib çıxmaq istəyirsinizsə, "İmtahanı bitir" düyməsinə basaraq çıxa bilərsiniz. Bu zaman sizin topladığınız bal və sualların düzgün cavabları göstəriləcək və sizin onlayn sınaq imtahanınızın nəticələri haqqında ətraflı məlumat veriləcək. Bu nəticələri çap edə və ya e-mail ünvanınıza göndərə bilərsiniz.
  16. İmtahan nəticələrində qırmızı rənglə qeyd edilmiş düzgün cavab verilməyən suallara yenidən nəzər sala bilərsiniz. Bu zaman düzgün cavablar yaşıl rəngdə görsənəcək.
  17. Müəyyən edilmiş imtahan vaxtı tamamlandıqdan sonra imtahan avtomatik olaraq başa çatacaq və nəticə sizə təqdim olunacaq.
  18. Əvvəl generasiya etdiyiniz hansısa imtahanı başa çatdırmamısınızsa növbəti imtahan generasiya etmək istədikdə siz ilk öncə  əvvəlki imtahana yönələcəksiniz. Köhnə imtahanı bitirmədən yeni imtahana başlamaq olmaz.
  19. İmtahanlar bölməsində indiyədək verdiyiniz imtahanlar və onların nəticələri haqqında məlumat yerləşdirilib.Buradan siz öz imtahan dinamikanıza nəzarət edə bilərsiniz.
  20.  İmtahan nəticəsini çap etmək istəyirsinizsə, cədvəlin müvafiq sətrindəki "Çap et" linkinə daxil olun.