TEOREM-dən istifadə edənlər nə qazanırlar ?
Onlayn Repetitor Sistemindən istifadə edən müəllimlər nə qazanır ?
Onlayn Repetitor Sistemi imtahanlara hazırlaşanların hazırlıq prosesini daha çevik və effektiv qurmağa kömək edən onlayn platformadır.
Sistem repetitor olaraq fəaliyyət göstərmək istəyən müəllimlər və imtahanlara daha rahat formada hazırlaşmaq istəyən şagird və abituriyentlər üçün nəzərdə tutulub. TEOREM-in Repetitor bazasında müxtəlif sahələr və fənlər üzrə təhsil xidmətləri təklif edən müəllimlər var.
Bazada Repetitorların hansı üstünlüklərə, hansı imkanlara malik olması, hansı hazırlıq səviyyəsinə malik şagirdlərə üsütünlük verəcəyi, hazırlaşdırmaq üçün hansı şəraiti olması və s. bu kimi informasiyalar da toplanıb.
Repetitor axtaranlar öz arzularına uyğun Repetitor axtarışını gerçəkləşdirə bilərlər. Repetitor olaraq fəaliyyət göstərmək istəyənlər isə sadəcə TEOREM-də öz e-maili ilə qeydiyyatdan keçməlidirlər.
Axtarışdan öz arzusuna uyğun Repetitor tapan şagirdlər sistem vasitəsilə bu Repetitora sorğu göndərirlər. Repetitorlar öz virtual otaqlarında bu sorğunu görürlər və öz istəklərinə uyğun olaraq bunu ya təsdiq edilər ya da imtina edirlər.
Repetitor statusu TEOREM administrasiyası tərəfindən verilir. Bunun üçün Teorem.az-da müəllim olaraq qeydiyyatdan keçmək lazımdır. Repetitor statusu alan müəllim Sistemə yenidən daxil olarkən Virtual Repetitor otağı yaradılır.
Bu platformadan istifadə edən müəllimlər aşağıdakı üstünlükləri əldə edirlər :
Onlayn Repetitor Sistemindən istifadə edən şagirdlər və abituriyentlər nə qazanır ?
Şagirdlər, abituriyentlər və digər imtahanlara hazırlaşanlar Onlayn Repetitor Sistemindən istifadə etməklə aşağıdakı imkanları əldə edirlər :
Məktəb Sınaq Sistemindən istifadə edənlər nə qazanırlar ?
Məktəb Sınaq Sistemi Hazırlıq Kursları və təhsil müəssisələri üçün sınaq imtahanları təşkil etməyə imkan verən platformadır. Bu sistem vasitəsilə Hazırlıq Kursları və təhsil müəssisələri TEOREM-in test bazasından istifadə etməklə öz şagirdləri və abituriyentləri üçün və ya bu qurumlara müraciət edən hər bir istifadəçi üçün oflayn formada Sınaq imtahanları təşkil edə bilir.
Bu məqsədlə sadəcə sistemdə sinifləri və ya qrupları, variantları qeyd etməklə sınaq imtahanı generasiya edilir.
Hər bir generasiya zamanı TEOREM-in test bazasından fərqli test tapşırıqları imtahan kitabçasına daxil ediləcək.
Test bazasına daxil edilən test tapşırıqları hər bir imtahan növü üzrə mövcud Qaydalara uyğun olaraq ( testlərin çətinlik dərəcələri, mövzulara uyğunluğu, tipləri, relevantlığı, açıq-qapalı olması və s.) kodlaşdırılıb.
Odur ki, test tapşırıqları seçimdən asılı olaraq mövzunu (proqramı) tam əhatə edir, təkrarçılığa yol verilmir, çətinlik dərəcələrinə uyğun olaraq testlərin sayındakı mütənasiblik gözlənilir.
Məktəb Sınaq Sistemindən istifadə statusu qeydiyyatdan keçən Kurs və ya Məktəb təmsilçilərinə TEOREM administrasiyası tərəfindən verilir.
Beləliklə Məktəb Sınaq Sistemi aşağıdakı imkanları yaradır :
Onlayn Sınaq Sistemindən istifadə edənlər nə qazanacaqlar ?
Test və Onlayn Repetitor Mərkəzinin Onlayn Sınaq Sistemi orta məktəbin əsas sinifləri (5 -11-ci siniflər), orta ixtisas, ali təhsil, magistratura, dövlət qulluğu, müəllimlərin işə qəbulu və qəbul arxivi üzrə sınaq imtahanları təşkil etməyə, qiymətləndirməyə, imtahan nəticələrini izləməyə kömək məqsədilə hazırlanıb.
Sistem mövcud təhsil standartlarına uyğun olaraq siniflər, fənnlər, mövzular, fəsillər, ixtisas qrupları və ixtisas fənləri üzrə onlayn formada sınaq imtahanları qəbul etməyə imkan verir. Sistemə bütövlükdə 20 adda imtahan daxil edilib.
Sistem orta məktəb şagirdləri və müəllimlər üçün müxtəlif standartlarda, müxtəlif çətinlik dərəcəsi və müxtəlif tiplərdə olan test tapşırıqları üzərində işləmək və imtahan vərdişləri formalaşdırmağa kömək edir.
Onlayn Sınaq Sistemi orta məktəb auditoriyası üçün 2 əsas bloka (Ənənəvi və Kurrikulum bloklarına) bölünür.
İmtahanlar mövcud qəbul qaydaları və qiymətləndirmə standartlarına uyğun olaraq TEOREM bazasından genereasiya olunmaqla avtomatik tərtib olunur. Hər bir imtahan növü üzrə test tapşırıqlarının sayı, çətinlik dərəcəsi, mövzu uyğunluğu , tipləri mövcud standartlara uyğun müəyyən olunub.
İmtahan nəticələri mövcud qiymətləndirmə standartlarına əsasən avtomatik qaydada dərhal hesablanır və istifadəçiyə təqdim olunur. Cavabları çap etmək və ya e-mail ünvana göndərmək mümkündür. TEOREM-də problemli suallarla bağlı müəllimlə onlayn əlaqə yaratmaq üçün imkan yaradılıb. Köhnə imtahan nəticələrinizlə tarixçə bölməsində tanış olub, öz inkişaf dinamikanızı izləyə bilərsiniz. İmtahanların müddəti də mövcud standartlar çərçivəsində müəyyən olunur. İmtahanların nəticələri – balların hesablanması mövcud standartlara uyğun olaraq aparılır
Qəbul arxivi bölməsinin köməyi ilə siz 2009-cu ildən başlayaraq bütün illər üzrə qəbul və sınaq imtahanlarına düşən testləri cavablandıraraq özünüzü yoxlaya bilirsiniz.
İmtahanlara hazırlaşanlar Onlayn Sınaq Sistemi vasitəsilə :
1.Öz bilik səviyyəsini yoxlamaq imkanı qazanır;
2. Test imtahan texnologiyaları ilə tanışlıq əldə edir
3. Testlərlə tanış olur və müxtəlif səviyyəli testlərlə işləmək vərdişləri qazanır;
4. İmtahanlar üçün ayrılmış vaxtdan effektiv istifadə vərdişləri qazanır
5. Psixoloji cəhətdən imtahanlara hazırlaşmaq imkanları qazanır
6. Əvvəlki imtahan nəticələrinə baxmaqla ən zəif olduğu mövzuları və sual tiplərini öyrənir.
7. İnkişaf dinamikasını diqqətdə saxlayır
8. Çətin tapşırıqları öz repetitoruna yönləndirə bilir
9. İmtahan nəticələri çap edərək paylaşa bilir və s.
TEOREM-dən aşağıdakı şəxslər və qurumlar faydalana bilərlər: