Test göndər


TEOREM-ə test göndər

Test və Onlayn Repetitor Mərkəzi - TEOREM  müəllimlərə  və repetitorlara TEOREM bazasına daxil edilmək üçün test göndərmək imkanı yaradır. Bu xidmətdən istifadə etmək üçün müəllim və ya repetitor statusu almaq vacibdir.  
TEOREM vasitəsilə test göndərmək üçün sadə mexanizm hazırlanıb. İstifadəçi özünün qabaqcadan hazırladığı test faylını “Fayl daxil et” bölməsindən daxil etməklə göndərə bilər. Göndərilən fayllar bu formatlarda olmalıdır : Png, Jpg, Pdf və ya Word faylı.

Eyni zamanda təklif olunan onlayn redaktor vasitəsilə də öz testlərini müvafiq bəndləri doldurmaqla göndərə bilər.
Test faylını göndərərkən və birbaşa redaktorda test tərtib edərkən qeyd olunan bəndlərin seçilməsi və doldurulması (siniflər, testin tipləri, çətinliyi  və s) vacibdir.

TEOREM-ə göndərilən testlər ekspertlər tərəfindən yoxlanaraq qəbul edilir.
Sistem istifadəçiyə göndərilmiş, qəbul edilmiş və imtina edilmiş testlərlə bağlı məlumat almaq və izləmək imkanı da yaradır.

TEOREM-ə test göndərmək üçün bura daxil olun .