Sınaq İmtahanları
TEOREM-də hansı sınaq imtahanları mövcuddur ?
Test və Onlayn Repetitor Mərkəzində hazırda 5 fərqli auditoriya ( orta məktəb, orta ixtisas, ali məktəb (abituriyent), magistratura və müəllimlərin işə qəbulu ) üçün nəzərdə tutulmuş 20 adda sınaq imtahanı mövcuddur.
Hər bir sınaq imtahanı mövcud qəbul qaydaları və qiymətləndirmə standartları əsasında TEOREM-in test bazasından avtomatik olaraq xüsusi alqoritmə uyğun olaraq generasiya edilir. Test bazasındakı 100 000 test tapşırığı müxtəlif parametrlər üzrə kodlaşdırılıb. Sınaq imtahanları formalaşdırılarkən testlər bazadan generasiya olunur və bu zaman imtahana düşən testlərin çətinlik dərəcəsi, imtahanlarda asan, orta və çətin testlərin sayının mütənasibliyi, mövzulara uyğunluğu, relevantlığı nəzərə alınır.
1. Abituriyentlər üçün sınaq imtahanların növləri
1.1 İxtisas Qruplar üzrə sınaq imtahanları (seçilən qrupa uyğun 5 fənn üzrə toplam 125 sualdan ibarət olan sınaq imtahanı)
1.2 İxtisas Qruplarının fənləri üzrə sınaq imtahanları (seçilən qrupun 1 fənni üzrə 25 sualdan ibarət sınaq imtahanı)
2. Orta məktəb (şagirdlər) üçün sınaq imtahanların növləri
2.1 Hər bir sinfin hər bir fənni üzrə imtahanlar (seçilən sinfin bir fənni üzrə 10, 20 və ya 30 sualdan ibarət ümumi sınaq imtahanı)
2.2 Hər bir sinfin hər bir fənnindən istənilən fəsil, paraqraf,mövzular üzrə imtahanlar (Kiçik Summativ Qiymətləndirmə - KSQ ).( Seçilən sinfin seçilən fənnində istənilən fəsil, paraqraf və ya mövzuya uyğun olaraq 10, 20 və ya 30 sualdan ibarət mövzu sınaq imtahanı)
2.3 İllik və Yarım illik imtahanlar (Böyük Summativ Qiymətləndirmə - BSQ) (seçilən sinfə və fənnə uyğun olaraq 10, 20 və 30 sualdan ibarət olan İllik və ya yarım illik sınaq imtahanı)
2.4 Hərbi Liseylərə qəbul sınaq imtahanı(5-8-ci sinif Yeni təhsil proqramları(kurikulum) əsasında 90 sualdan ibarət sınaq imtahanları)
2.5 Hərbi Tibb məktəbinə qəbul sınaq imtahanları (hərbi tibb məktəblərinə hazırlıq məqsədi ilə 2 fəndən ibarət sınaq imtahanı)
2.6 Kurikulum (Yeni təhsil proqramları) imtahanları (5-8-ci siniflərin kurikulum fənləri üzrə yeni bazaya uyğun olan sınaq imtahanları - bu imtahan üzrə bəzi siniflərdə hazırda imtahan mövcud deyil)
2.7 Kurikulum KSQ və BSQ imtahanları (kurikulum fənləri və siniflərinə uyğun olaraq hazırlanmış Kiçik Summativ Qiymətləndirmə və Böyük Summativ Qiymətləndirmə imtahanları- bu imtahan üzrə bəzi siniflərdə hazırda imtahan mövcud deyil)
2.8 9 və 11-ci sinif sınaq buraxılış imtahanları (Mövcud buraxılış imtahanı qaydalarına uyğun olaraq müəyyən olunan fənlər üzrə buraxılış sınaq imtahanları)
2.9 9 və 11-ci sinif Orta ixtisas müəssisələrinə (kolleclərə) qəbul sınaq imtahanı (Mövcud imtahan qaydalarına əsasən hazırlanan kolleclərə qəbul sınaq imtahanları)
3. Magistrlar üçün sınaq imtahanların növləri
3.1 Ümumi sınaq imtahanı (magistr fənlərindən(3 fənn) TQDK standartlarına əsasən hazırlanmış sınaq imtahanı)
3.2 Fənn imtahanı (Magistr imtahanına daxil olan fənlərdən seçilmiş birinə aid sınaq imtahanı)
4. Müəllimlər üçün sınaq imtahanların növləri
4.1 Müəllimlərin işə qəbulu üzrə ümumi sınaq (Müəllimlərin işə qəbulu üzrə bütün fənlərdən ümumi sınaq imtahanı)
4.2 Müəllimlərin işə qəbulu üzrə fənn imtahanı (Müəllimin işə qəbulu üzrə seçilmiş fənn üzrə fənn sınaq imtahanı)
4.3 Müəllimin diaqnostik qiymətləndirilməsi ümumi sınaq (Müəllimlərin diaqnostik qiymətləndirilməsi üzrə bütün fənlərdən ümumi sınaq imtahanı)
4.4 Müəllimin diaqnostik qiymətləndirilməsi üzrə fənn imtahanı (Müəllimin diaqnostik qiymətləndirilməsi üzrə seçilmiş fənn üzrə fənn sınaq imtahanı)
5. Dövlət qulluğuna hazırlaşanlar üçün sınaq imtahanları (Bu istiqamət üzrə hələlik imtahanlar hazır deyil)
5.1 Ümumi sınaq imtahanı (3 fənn) (Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən hazırlanmış __ sualdan ibarət sınaq imtahanı)
5.2 Fənn imtahanı (Dövlət qulluğuna qəbul imtahanına daxil olan fənlərdən seçilmiş birinə aid sınaq imtahanı)
6. Direktorların işə qəbulu üzrə imtahanlar(Tezliklə)
7. Qəbul arxivi bölməsi üzrə imtahanlar . Bu bölmədə 2001-ci ildən başlayaraq bütün illər üzrə qəbul və sınaq imtahanları təqdim edilir ( Hazırda bazaya 2015 - 2017-ci illər üzrə bir neçə auditoriyanın qəbul və sınaq imtahanları daxil edilib )