Torem.az-dan Bakcell istifadəçilərinə şad xəbər


Auditoriyası genişlənməkdə olan TEOREM təhsil platforması müxtəlif ödəniş sistemlərinə inteqrasiya olunub. Bildiyiniz kimi, TEOREM-in SMS ödəmə xidmətlərindən indiyədək yalnız AZERCELL istifadəçiləri yararlana bilirdi.

Artıq bu imkanlardan istifadə BAKCELL abunəçiləri üçün də mümkündür.

Bu xidmətdən istifadə etmək üçün hər bir Bakcell istifadəçisi Teorem.az-ın ödəniş üsulları səhifəsinə daxil olaraq hesabını artıra bilər.  Bunun üçün “SMS ödəniş” bölməsini seçmək və İRƏLİ düyməsini basmaq lazımdır. Daha sonra qarşınıza çıxan yeni pəncərədə sizə təklif olunan ödəniş miqdarını seçib, mobil nömrənizi qeyd etməlisiniz. Növbəti addımda İRƏLİ düyməsini aktiv etməlisiniz. Bu zaman mobil telefonunuza ödəniş kodu göndəriləcək. Bu kodu yeni açılan mobil ödəniş bölməsinə daxil edib, yenidən İRƏLİ düyməsini basmaqla  balans artırma prosesini başa çatdıra bilərsiniz. Proses başa çatdıqda sizin balansınıza ödənişinizə uyğun olaraq  TEO yüklənəcək. Hesabınıza daxil olmaqla balansınızı yoxlaya bilərsiniz.

Onu da bildirək ki, xidmətin qiyməti həm Azercell, həm də Bakcell istifadəçiləri üçün eynidir. (1 test 1 TEO yəni ,1 qəpikdir.)

Platformada yeniliklər bununla bitmir. Yaxın zamanda bütün mobil operatorların istiadəçiləri mobil telefondan ödəniş həyata keçirə biləcək. Belə ki ,Nar abunəçilərinin Teorem.az xidmətlərindən daha rahat formada istifadəsi üçün görülən işlər başa çatmaq üzrədir.