Ödənişlər
TEOREM-də necə ödəniş edə bilərəm?
TEOREM xidmətlərindən istifadə etmək üçün aşağıdakı üsullarla ödəniş edə bilərsiniz:
1. Mobil telefon (SMS)
2. eManat
3. Portmanat
4. Plastik kart
5. TEOREM kart
6. Endirim kartı
1. SMS ödəniş
Mobil telefon vasitəsilə ödəniş etmək üçün ödəniş üsulları səhifəsində “SMS ödəniş” bölməsini seçmək və İRƏLİ düyməsini basmaq lazımdır. Daha sonra qarşınıza çıxan yeni pəncərədə sizə təklif olunan ödəniş miqdarını seçib, mobil nömrənizi qeyd etməlisiniz. Növbəti addımda İRƏLİ düyməsini aktiv etməlisiniz. Bu zaman mobil telefonunuza ödəniş kodu göndəriləcək. Bu kodu yeni açılan mobil ödəniş bölməsinə daxil edib, yenidən İRƏLİ düyməsini basmaqla balans artırma prosesini başa çatdıra bilərsiniz. Proses başa çatdıqda sizin balansınıza ödənişinizə uyğun olaraq TEO yüklənəcək. Hesabınıza daxil olmaqla balansınızı yoxlaya bilərsiniz.
2. eManat vasitəsilə necə ödəniş edə bilərəm ?
eManat terminalına yaxınlaşmaq və terminalda ikinci səhifəyə keçmək lazımdır. Növbəti addımda monitordakı Təhsil kateqoriyasına daxil olmaqla TEOREM loqosunu seçmək və TEOREM-də qeydiyyatdan keçdiyiniz mobil nömrəni qeyd etmək lazımdır. Mobil nömrəniz terminal tərəfindən yoxlandıqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü bir daha yoxlayın və İRƏLİ düyməsini aktiv edin. Bundan sonra ödəniş etmək istədiyiniz məbləğə uyğun əskinasları daxil edin. “Ödənilən məbləğ” bölməsində ödədiyiniz məbləğ görünənə qədər gözləyin. Sonra “Ödə” düyməsini aktiv edin.
Ödənişiniz uğurla başa çatdıqdan sonra çek götürməyi unutmayın.
3. Portmanat
Portmanat gündəlik ödəmələri rahat həyata keçirmək üçün nəzərdə tutulan elektron pulqabıdır. Portmanatla ödəniş üçün Portmanat hesabınız olmalıdır. Bu hesabı açmaq üçün Portmanat.az saytına daxil olmaq lazımdır Burada Qeydiyyat düyməsinə vurulur, açılan qeydiyyat-ərizə formasında Ad, Soyad və hazırda işlək vəziyyətdə olan istənilən mobil operatora məxsus mobil nömrə qeyd olunur.
Qeydiyyatdan keçdikdə mobil nömrənizə SMS ilə dörd simvoldan ibarət aktivasiya kodu gəlir. Sonra Portmanat.az saytında Mobil nömrə yerinə qeydiyyatdan keçdiyiniz mobil nömrənizi, Parol yazılan hissəyə mobil nömrənizə gələn aktivasiya kodunu yazıb “Daxil ol” düyməsini basdıqdan sonra hesabınıza daxil olaraq öz hesabınızı aktivləşdirə bilərsiniz.
Əgər Sizin Portmanat Kodunuz varsa Portmanatda ayrıca qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Belə ki TEOREM-də ödəniş prosesində Sizə portmanat hesabınızla bərabər Portmanat Kodla da ödəniş imkanı təqdim edilir. Portmanat Kod əldə edilməsi qaydasını aşağıdakı keçidlərdən bilərsiniz.
TEOREM-də ödəniş üsulları hissəsində Portmanat ödəniş üsulunu seçib məbləği daxil etdikdən sonra İRƏLİ düyməsini basmaq lazımdır.
Açılan pəncərədə zəruri Portmanat məlumatlarını yoxlayaraq və “Daxil ol” düyməsini basmaqla prosesi davam etdirə bilərsiniz. Ödəniş uğurla başa çatdıqda “Ödəniş müvəffəqiyyətlə tamamlandı” mesajını görəcəksiniz.
Portmanat balansımı hansı üsullarla artıra bilərəm? Buradan bu haqda məlumatı əldə edə bilərsiniz.
Portmanat-la bağlı, Portmanat Kodla bağlı: geniş məlumat
4. Plastik kart
TEOREM-də Plastik kartla ödəniş formasını seçdikdən sonra sistem sizi birbaşa MİLLİKART ödəniş pəncərəsinə yönləndirəcək . Əgər ödənişi imtahanı seçdikdən sonra edirsinizsə məbləğ avtomatik olaraq sistem tərəfindən seçiləcək . Əgər profilinizdə yerləşən “Balans artır” menyusundan istifadə edirsinizsə “Məbləği daxil edin” bölməsində istədiyiniz məbləği qeyd edib “Balansı artır” düyməsini aktiv etmək lazımdır.
Plastik kartla ödənişi seçdikdən sonra müvafiq hissələrə plastik kartınızın üzərindəki nömrəni, istifadə müddətini və kartın arxa hissəsindəki CVV2 kodunu daxil etməyiniz tələb ediləcək. Bunları daxil edərək ödənişi həyata keçirə bilərsiniz
5. TEOREM Kart
TEOREM Kart Teorem.az-da ödəniş etmək üçün istiafdə olunan virtual ödəniş vasitəsidir. Bu məqsədlə TEOREM –də ödəniş üsulları bölməsindən "TEOREM Kart" seçmək lazımdır. Bu zaman açılan pəncərədə Kartın üstündəki nömrəni (20 rəqəmli kodu) və tarixləri müvafiq yerlərə qeyd etmək və İRƏLİ düyməsini aktiv etmək lazımdır.
TEOREM Kartı ofisimizdən və əməkdaşlıq etdiyimiz qurumlardan əldə edə bilərsiniz
6. Endirim kartı