Necə repetitor ola bilərəm ?
Repetitor statusu qazanmaq üçün TEOREM-də müəllim statusunu seçməklə qeydiyyatdan keçmək lazımdır. Sonra müəllim profilində “Repetitor ol” düyməsini aktiv etmək və qarşınıza çıxan anketi doldurmaq lazımdır. Burada Repetitorun təklif edəcəyi bütün xidmətlər, bu xidmətlərin göstərilməsi üçün zəruri olan şərait, onun haqqında geniş məlumat əks olunur. Bundan sonra anket TEOREM-ə göndərilir.
Bu statusu qazanmaq istəyənlərin müraciətləri TEOREM tərəfindən təsdiq olunur və bundan sonra repetitor zəruri ödənişləri edərək sistemin xidmətlərindən istifadəyə başlayır
TEOREM-in bazasında bütün fənlər və hazırlıq istiqamətlərı üzrə repetitorların bazası formalaşır. İmtahanlara hazırlaşanlar Axtarış menyusundan "Repetitor axtarışı" menyusunu seçməklə arzuladıqları istiqamətlər üzrə repetitor tapa bilərlər.
Axtarışdan öz arzusuna uyğun Repetitor tapan şagirdlər sistem vasitəsilə bu Repetitora sorğu göndərirlər. Repetitor statusu qazananlar öz virtual otaqlarında bu sorğunu dərhal görürlər və öz istəklərinə uyğun olaraq bunu ya təsdiq edilər ya da imtina edirlər.
Repetitor statusu TEOREM administrasiyası tərəfindən verilir. Bunun üçün Teorem.az –da müəllim olaraq qeydiyyatdan keçmək lazımdır. Repetitor statusu alan müəllim Sistemə yenidən daxil olarkən Virtual Repetitor otağı yaradılır.
Onlayn Repetitor Sisteminin üstünlükləri və xidmətləri haqqında buradan daha geniş məlumat əldə etmək olar.