Teorem.az saytdan istifadə qaydalarını izahlı video şəklində təqdim etməyə davam edir.


Teorem.az göndərilən sorğuları nəzərə alaraq saytdan daha rahat istifadə imkanları yaradıb.

TEOREM-in təqdim etdiyi 3-cü video saytda Repetitor kimi qeydiyyatdan keçən statusun imkanlarından bəhs edir.

Teorem.az-da Repetitor statusu qazanmaq üçün aşağıdakı ardıcıllığı etməlisiniz: 
1.Müəllim olaraq qeydiyyatdan keçin. 
2.Müəllim olaraq qeydiyyatdan keçdiyiniz hesabınıza daxil olun. 
3.Hesabınızda göstərilən ”Repetitor ol” bölməsini seçin. 
4.Yeni açılan səhifədə şəxsi məlumatlarınızı, yaxından çəkilmiş şəklinizi, iş təcrübəsi, təhsiliniz haqqında məlumatları daxil edin. 
5.Müvafiq xanaları doldurduqdan sonra “Göndər“ düyməsinə basın. 
TEOREM - də Repetitor sorğunuz təsdiqləndikdən sonra repetitorun üstün imkanlarından yararlana bilərsiz.
Məktublar- Bu bölmə sizə şagirdlərinizə məktub göndərmək və onlardan gələn məktublara cavab vermək imkanı yaradır.
Bildirişlər- Bu bölmədə sizə sorğu göndərən şagirdlərin sorğusunu təsdiqləyə bilərsiniz.
İzahatlar- Burada şagirdləriniz tərəfindən göndərilən sualları izah edə və ya izah etməkdən imtina edə bilərsiniz.
Şagirdlərim- Bu bölmədə şagirdlərinizin nəticələrini izləyə, onları qiymətləndirə və məktub yaza bilərsiniz. Həmçinin burada sizə sorğu göndərən şagirdlərin sorğusunu da təsdiqləyə bilərsiniz.
İmtahanlar- Bu bölmədə şagirdlərinizin hazırlıq səviyyəsinə uyğun xüsusi sınaq imtahanları yarada bilərsiniz.
Tarixçə- Bu bölmədə şagirdləriniz tərəfindən sizə verilən qiymət və rəyləri izləyə bilərsiniz.
Teorem-ə test göndər- Teorem-in test bazasına yeni sual əlavə etmək məqsədi ilə istədiyiniz auditoriyaya uyğun test nümunələri göndərə bilərsiniz.
Xətalı suallar- İmtahan zamanı xəta bildir düyməsi ilə bizə tapıb göndərdiyiniz səhvlərin bu bölmə vasitəsilə təsdiqlənib təsdiqlənmədiyini izləyə bilirsiniz.