DİM 11-ci sinif şagirdləri üçün regionlarda monitorinq imtahanı keçirəcək


Dövlət İmtahan Mərkəzi (DİM) 16 may 2017-ci il tarixində Respublikanın 29 şəhər və rayonunda (Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

Qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Xatırladaq ki, monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 23 may 2017-ci il tarixində keçiriləcək.