Kurs Sistemi


Kurs/Məktəb Sınaq Sistemi

Məktəb Sınaq Sistemi (Kurs/Məktəb Sınaq SistemiHazırlıq Kursları və təhsil müəssisələri üçün sınaq imtahanları təşkil etməyə imkan verən platformadır. Bu sistem vasitəsilə Hazırlıq Kursları və təhsil müəssisələri TEOREM-in test bazasından istifadə etməklə öz şagirdləri və abituriyentləri üçün və ya bu qurumlara müraciət edən hər bir istifadəçi üçün oflayn formada Sınaq imtahanları təşkil edə bilir. 
Test bazasına daxil edilən test tapşırıqları hər bir imtahan növü üzrə mövcud Qaydalara uyğun olaraq ( testlərin çətinlik dərəcələri, mövzulara uyğunluğu, tipləri, relevantlığı, açıq-qapalı olması və s.) kodlaşdırılıb.
Odur ki, imtahana düşən test tapşırıqları seçimdən asılı olaraq mövzunu (proqramı) tam əhatə edir, təkrarçılığa yol verilmir, çətinlik dərəcələrinə uyğun olaraq testlərin sayındakı mütənasiblik gözlənilir.

Məktəb Sınaq Sistemindən istifadə statusu qeydiyyatdan keçən Kurs və ya Mətkəb təmsilçilərinə TEOREM administrasiyası tərəfindən verilir.
Beləliklə Məktəb Sınaq Sistemi aşağıdakı imkanları yaradır :

  1. İstənilən auditoriya üzrə ( orta məktəb, ali məktəb və s.) sınaq imtahanı təşkil etmək
  2. Sınaq imtahanlarını kitabça formasında çap etmək
  3. İmtahanları bazadan generasiya edərkən sualları öz istədiyi qaydada onlayn formada dəyişmək və sualların sıralanmasını dəyişmək
  4. Generasiya olunan imtahanları müxtəlif variantlarda ( A, B, C  və s. variantlar ) Kitabça formasında çap etmək
  5. İmtahan nəticələrini (cavabları) onlayn formada təqdim etmək
  6. Kursda imtahan verən şagirdə bu imtahanı da özünün digər özəl imtahanlarına (öz hesabına) əlavə etmək.
  7. Kurs/Məktəb tərəfindən əvvəlki imtahanların tarixçələrinə baxmaq və yenidən ondan istifadə etmək
  8. Onlayn rejimdə kalkulyatordan istifadə etmək və s.

Bu imkanlardan yararlanmaq üçün Kurs/Məktəb olaraq qeydiyyatdan keçmək lazımdır.