Teorem.az saytdan istifadəni asandlaşdıracaq videolar təqdim etməyə davam edir
Teorem.az göndərilən sorğuları nəzərə alaraq saytdan daha rahat istifadə imkanları yaradıb.
TEOREM-in təqdim etdiyi 2-ci video saytda qeydiyyat zamanı seçilən statusların imkanlarından bəhs edir.
Teorem.az-da hansı statusu seçməlisiniz və qetdiyyatdan keçəcəyiniz statusun imkanları:
1.Şagird-Abituriyent-Magistr
Məktublar- Bu bölmə sizə dostlarınız və repetitorlarınıza məktub göndərmək və onlardan gələn məktublara cavab vermək imkanı yaradır.
Bildirişlər- Bu bölmədə sorğu göndərdiyiniz repetitorların sorğunuzu təsdiqləməsi ilə bağlı bildirişlər göstərilir.
İzahatlar- Sizə çətin görünən və ya cavabından əmin olmadığınız sualları onlayn repetitorlarınıza göndərə və cavablandırılmış sualları da bu bölmədə izləyə bilərsiniz.
Retetitorum- Burada repetitorları axtarıb onları qiymətləndirə, repetitorunuz olması üçün onlara sorğu göndərə və məktub yaza bilərsiniz.
İmtahanlar- Daha əvvəl verdiyiniz imtahanların sual və nəticələrinə baxa bilərsiniz. Həmçinin, imtahanlarda olan sualla bağlı probleminizi “Sualları göstər” bölməsindən repetitorlarınıza göndərə bilərsiniz. Repetitorunuzun sizin üçün hazırladığı imtahanı da bu bölmədə verə bilərsiniz.
Tarixçə- Bu bölmədə siz repetitorlarınızın sizə verdiyi qiymət və rəyləri izləyə bilərsiniz.
Məktəb/Kurs- Bu bölmədə Teorem vasitəsilə hazırlanmış oflayn iştirak etdiyiniz imtahanın doğru cavablarını öyrənib balınızı hesablaya bilərsiniz.
Dostlar- Bu bölmədə Teorem-də qeydiyyatdan keçən istifadəçilərə dostluq istəyi göndərə və ya təklifləri qəbul edə bilərsiniz.
2.Müəllim
Məktublar- Bu funksiyadan istifadə etmək üçün repetitor olmalısınız.
İmtahanlar- Daha əvvəl verdiyiniz imtahanların sual və nəticələrinə baxa bilərsiniz.
Teorem-ə test göndər- Teorem-in test bazasına yeni sual əlavə etmək məqsədi ilə istədiyiniz auditoriyaya uyğun test nümunələri göndərə bilərsiniz.
3.Kurs/Məktəb
İmtahanlar- Bu bölmədə daha əvvəl yaratdığınız imtahanların suallarına baxa və yenidən imtahanı çap edə bilərsiniz. İmtahanların cavab kağızlarını da bu bölmədən əldə edə bilərsiniz.
İmtahan yarat- İmtahan adı, auditoriya və variantları seçməklə öz imtahanınızı yaradıb, bu imtahanı kitabça şəklində çap edə bilərsiniz.